Beyin çipi sınağı başlanır

post-img

Milyarder sahibkar İlon Maska məxsus beyin çipi startapı Neuralink iflic xəstələri üçün beyin implantının ilk sınağına başlamaqla bağlı Müstəqil Müşahidə Komissiyasından razılıq aldığını bildirib. 

Bu barədə “Reuters” məlumat ya­yıb. Bildirilib ki, servikal onurğa beyni zədəsi və ya amiotrofik lateral skleroz səbəbi ilə iflic olan insanlar tədqiqat üçün uyğun ola bilər. Tədqiqatda neçə insanın iştirak edəcəyi dəqiqləşdiril­məsə də, onun, təxminən, 6 il çəkəcəyi qeyd olunub.

L.QURBANOVA
XQ

Dünya