Üzeyir Hacıbəyli süni intellekt güzgüsündə

post-img

Elə tarixi şəxsiyyətlər var ki, onlar insanların qəlbində özlərinə əbədi hörmət və məhəbbət qazanıblar. Xatirəsi daim əziz tutulan, unudulmaz böyük ziyalılarımızdan biri də milli musiqimizin banisi Üzeyir Hacıbəylidir.

Bu günlərdə anadan olmasının 138-ci ildönümü qeyd olunan dahi bəstəkarın süni intellekt tərəfindən fotoları hazırlanıb. Reallığa yaxın görüntülər sosial şəbəkə istifadəçilə­rinin marağına səbəb olub və geniş paylaşılıb. 

Bir çox izləyicilər öz paylaşım­larında dahi bəstəkarın xalqımızın mədəni inkişafında misilsiz rol oyna­dığını dərin məmnunluq hissilə qeyd ediblər. 

S.FİDAN
XQ

Son xəbərlər