Elm adamları Tasmaniya pələngindən tutmuş, mamonta qədər nəsli çoxdan kəsilmiş növlərin həyata qaytarılmasına getdikcə yaxınlaşırlar.
Tədqiqatçılar ilk dəfə Stokholmdakı muzeydə 1891-ci ildən qorunub saxlanılan Tasmaniya pələnginin qurudulmuş dərisindən və əzələsindən bütün canlı hüceyrələrdə tapılan və struktur olaraq DNT-yə bənzəyən genetik material olan RNT aşkar etdiklərini bildiriblər.
Tasmaniya pələngi – it boyda zolaqlı ətyeyən heyvan milyonlarla il əvvəl Avstraliyada çox yayılsa da, təxminən, 2 min il əvvəl materikdən yoxa çıxıb. 1920-ci illərə qədər Tasmaniyada yaşayan bu növün kökü onu heyvandarlıq üçün təhlükə hesab edən avropalı kolonistlər tərəfindən tamamilə kəsilib.
L.QURBANOVA
XQ