“Lider” gəmilər

post-img

Dəniz – yüklərin bir nöqtədən digərinə çatdırılmasında önəmli rol oynayır. Bəzən bütöv bir gəmini və ya neft platformasını daşımaq lazım gəlir. Dünyanın ən böyük yük gəmiləri məhz belə məqsədlər üçün yaradılıb. 

Konteyner gəmisi “Emma Maersk” öz ölçüsü ilə insanları heyrətləndirir. O, nəhəng gəmilər arasında liderdir - uzunluğu demək olar ki, 397 metr, eni 63 metrdir. O, hər biri 14 tonluq 11 min konteyneri qəbul edir. Belə yüklərin öh­dəsindən gəlmək üçün “Emma Maersk” dünyanın ən böyük daxiliyanma mühər­rikləri ilə təchiz olunub. Maraqlıdır ki, bu gəmi onun sahibinin həyat yoldaşının adını daşıyırdı.

Ən böyük yük daşıyıcısı Cənubi Koreyada inşa edilmiş “Berg Stahl” idi. Onun uzunluğu 343 metr, eni 63,5 metrdir. Bu gəminin ümumi yükgötür­mə qabiliyyəti 364 min tondan artıqdır. Yük gəmisi ilk səyahətini 1986-cı ildə edib.

“Blue Marlin” (“Mavi Marlin”) başqa bir nəhəng gəmidir. 2004-cü ildə o, çəkisi 60.000 ton olan ən böyük neft platforması və qazma qurğusunu Ko­reyadan Texasa daşıyıb. Bu zaman 15.000 dəniz mili səyahət edib.

P.ƏFƏNDİ
XQ

Dünya