Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb

post-img

Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Botsvana Respublikasının BMT yanında daimi nümayəndəsi Çarlz Masole tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb.

AZƏRTAC-ın məlumatına görə, Birgə Kommünikedə Azərbaycan ilə Botsvana ölkələri və xalqları arasında qarşılıqlı anlaşmanı və əməldaşlığı təşviq etmək niyyəti ifadə olunur.

Sənəddə, həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

Daimi nümayəndələr, həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün qurumun Baş katibinə məktub ünvanlayıblar.



Siyasət