Kanada cinayətdə təqsirləndirilən Hindistan diplomatını ölkədən çıxarıb

post-img

Kanadanın baş naziri Castin Trüdonun Kanadada siqh icmasının lideri Hardip Sinqh Nizharın qətlində əli olduğu üçün yüksək səviyyəli Hindistan diplomatını ölkədən çıxarıb. Məlumatı Kanada mətbuatı yayıb.

Kanada hakimiyyəti hadisənin Hindistan kəşfiyyat orqanları tərəfindən 2023-cü ilin iyunun 18-də törədildiyini bildirir. Güllələnmə Britaniyanın Surrey şəhərindəki Siqh Mədəniyyət Mərkəzinin qarşısında həyata keçirilib.

Hindistanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Kanadanın iddiasını “absurd və əsaslandırılmamış” adlandırıb. Bəyanatda Siqh hərəkatının Hindistan diplomatlarına qarşı “zorakılığa təhrik etmək” olduğu bildirilib. 

Qeyd edək ki, Kanadada 770 min dən çox siqh yaşayır. Bu da Kanada əhalisinin təxminən 2 faizini təşkil edir.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya