30 min avroya pendir

post-img

İspaniyanın şimalında istehsal olunan kabrales mavi pendiri dünyanın qiymət rekordunu qazanıb. 

“Los Puertos” fabrikində hazırlanmış 2,2 kq çəkisi olan pendir  hərracda 30 min avroya satılıb. İstehsalçılar bildiriblər ki, pendir 1400 metr yüksəklikdəki mağarada 7 dərəcə selsidə hazırlanıb və 8 ay orada qalıb.

Alıcının sözlərinə görə, o, istehsalçılarının əməyini, həqiqətən, yüksək qiymətləndirdiyi üçün bu qiymətlə razılaşıb.

Qeyd edək ki, bundan əvvəl də Ginnes rekordu 2019-cu ildə həmin sahibkar tərəfindən müəyyən edilib. Həmin vaxt sahibkar pendirə 20,5 min avro verib.

A.İLHAMQIZI,
XQ

 

Dünya