Qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin də olub

post-img

Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin sərnişinləri siyahısında “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin də olub.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Y.Priqojinə məxsus olan və Moskvadan Sankt-Peterburqa uçan biznes-jet qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Rusiyanın Tver vilayətinin Boloqovsk rayonunda “Embrair” biznes-jet qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, Rusiya FHN-in məlumatına görə, təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub. Rusiya mətbuatı təyyarənin Yevgeni Priqojinə məxsus olduğunu bildirirlər.

Dünya