Urmiya gölünün quruması ilə bağlı cinayət işi başladılıb

post-img

İranın Qərbi Azərbaycan əyalətindəki dünyanın ən böyük duzlu hövzələrindən biri olan Urmiya gölünün quruması ilə bağlı cinayət işi başladılıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin prokuroru Nəsir Atbati İRNA-ya açıqlama verib.

O, Urmiya gölünün qurumasında əsas amil kimi, Urmiya ilə Təbriz şəhərlərini bir-birinə bağlayan keçid yolunun və su­varma sistemlərinin istifadəsinin doğru formada aparılmadı­ğını bildirib.

Hüquq-mühafizə orqanları gölün quruması ilə bağlı ci­nayət işini araşdırmağa başlayıblar.

“Xalq qəzeti”

Dünya