Çin Tayvan yaxınlığında hərbi təlim keçirdi

post-img

Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Tayvan adası yaxınlığında hərtərəfli təlimlər və patrul xidməti həyata keçirib. TASS xəbər verir ki, bu barədə Çin Döyüş Komandanlığının Şərq zonasının rəsmi nümayəndəsi Şi Yi bildirib.

"Avqustun 19-da Çinin Şərq Komandanlığı Tayvan adasının ətrafında birgə patrul və Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının yoxlanılması, həmçinin dəniz və hava qüvvələrinin birgə təlimləri təşkil edib", - o bildirib. 

Müdafiə Nazirliyi bildirib ki, manevrlər “təxribat məqsədilə kənar qüvvələrlə əlbir olan “Tayvanın müstəqilliyini” dəstəkləyən separatçı qüvvələrə güclü xəbərdarlıq xarakteri daşıyır”.

Bundan əvvəl Tayvan Baş Qərargah rəisinin müavini Lai Qingde Paraqvaydan Taypeyə gedərkən tranzit dayanacağı olan San-Fransiskoya səfər edib. Çin Xarici İşlər Nazirliyi bu səfərə qəti şəkildə qarşı çıxıb.

S.ELAY,

"Xalq qəzeti"

Dünya