Nigeriya ordusu Nigerdə ​​EKOVAS əməliyyatına hazırlaşır

post-img

Nigeriya Müdafiə Qərargahı Nigerdə ​​dövlət çevrilişi edən üsyançılara qarşı Qərbi Afrika Millətlərinin İqtisadi Birliyinin (EKOVAS) himayəsi altında hərbi əməliyyat üçün qoşunların mümkün səfərbər edilməsi üçün hazırlaşmağa başlayıb. TASS xəbər verir ki, bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Nigeriya silahlı qüvvələrinin ali komandanlığı bölmələrin rəhbərlərinə Müdafiə Qərargahının rəisinə şəxsi heyətin sayı, avadanlıq, bölmələrin maddi-texniki təminatı və maliyyə xərcləri barədə məlumat verməyi tapşırıb. Qəzetin qeyd etdiyi kimi, bu, Nigerə müdaxiləyə hazırlıq prosesinin ilkin mərhələsidir.

"Punch" müəyyən bir sənədə istinadən yazır ki, Nigeriya qiyamçılara qarşı hərbi əməliyyat üçün 300-dən minə qədər əsgərdən ibarət iki batalyona ehtiyac duyacaq. Eyni zamanda, hərbi mənbə nəşrə bildirib ki, müdaxilə üçün qoşunların ümumi sayı rəqibindən azı 10 dəfə çox olmalıdır.

S.ELAY,

"Xalq qəzeti"

Dünya