Krım körpüsünə raket hücumu

post-img

Krım körpüsünün "fövqəladə vəziyyət"lə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı açıqlanıb.

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın qubernatoru Sergey Aksenov verdiyi yazılı açıqlamada körpüdə fövqəladə vəziyyətin olduğunu bildirib.

Sözügedən fövqəladə vəziyyət səbəbindən körpünün nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını bildirən Aksenov "Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar işləyir" deyib

Rusiya sosial mediasında yayılan bəzi görüntülərdə körpüdən tüstünün qalxdığı görünür.

Bəzi KİV-lərdə Ukrayna ordusunun gecə saatlarında körpüyə raket hücumu təşkil etdiyi bildirilir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında körpüdə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya