Basketbolçu qızlarımız Avropa çempionatında mübarizəyə başlayırlar

post-img

18-23 iyul tarixlərində Andorrada 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatının “C” divizionun oyunları baş tutacaq. “B” qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz Andorra, Albaniya və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu 18 iyulda Bakı vaxtı ilə saat 21:30-da yerli Andorra yığmasına qarşı olacaq. 

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi “youtube” kanalı vasitəsilə canlı olaraq yayımlanacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman