İraqın şimalında PKK terrorçuları məhv edilib

post-img

Türkiyənin terrorla mübarizəsi davam edir. İraqın şimalındakı Avaşin bölgəsində hücuma hazırlaşan bir qrup terrorçu PUA tərəfindən aşkarlanaraq zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, bölgəyə qarşı hava dəstəkli əməliyyatda terrorçu qrup zərərsizləşdirilərkən terrorçulardan birinin “Devrim Qarzan” kod adlı Bilal Onat və “Sidar Amed” kod adlı Mazlum Yılmaz olduğu müəyyən edilib.

Terrorçulardan Onat adlı şəxsin PKK terror təşkilatının Avaşin bölgəsinin qondarma rəhbərlik üzvü olduğu bildirilib.

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə terror təşkilatının Zap bölgəsindəki döyüşündən məsul olan “Serzan Mava” kod adlı terrorçu Ferit Yüksel gizləndiyi mağarada zərərsizləşdirilib.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya