Ukraynada iqtisadi vəziyyət pisləşir

post-img

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu şəraitində 11,7 milyona yaxın ukraynalı iqtisadi cəhətdən fəaldır, onlardan, təxminən, 9,3 milyonu işləyir, 2,7 milyona yaxını isə işsizdir. 

Bu məlumatları ukraynalı ekspertlər “2023–2024-cü illər üçün Ukrayna İq­tisadiyyatının Proqnozu”nun təqdimatı zamanı bildiriblər. Ekspertlər vəziyyətin gələcəkdə daha da pisləşə biləcəyini düşünürlər. Onlara görə, əgər əmək qabiliyyətli əhalinin mühacirəti davam edərsə, Ukraynada ÜDM yaradan, ver­gi ödəyən az adam qalacaq, bu isə o deməkdir ki, ölkə nəinki büdcəyə xid­mət edə, hətta sosial öhdəliklərini də yerinə yetirə bilməyəcək.

İqtisadi proqramlar üzrə ekspert Yana Lavrik deyib: "Əmək resurslarının qıtlığı vergilərin artmasına səbəb ola­caq, çünki bu, təbiidir: bir işləyən ada­ma iki işləməyən adam düşürsə, onları təmin etmək üçün vergi yükü artırılma­lıdır. Bizim hesablamalarımıza görə, hazırda Ukraynada, təxminən, 28,5 milyon insan var. Amma önəmli olan ümumi say deyil, strukturdur. 16,8 mil­yon nəfər iqtisadi cəhətdən qeyri-fəal insanlar – pensiyaçılar, uşaqlardır. İq­tisadi aktiv əhali 11,7 milyon nəfərdir, lakin onların, təqribən, 9 – 9,3 milyo­nu faktiki işləyir. Bu rəqəmdən dövlət qulluqçularını çıxarsaq, geridə 6 – 7 milyon insan qalır ki, iqtisadiyyatın da bütün ağırlığı onların üzərinə düşür”.

Xatırladaq ki, Rusiya – Ukrayna müharibəsi nəticəsində bu ölkənin ümumi daxili məhsulu 30,4 faiz aza­lıb. Ukraynanın Rusiyanın təcavüzün­dən birbaşa itkiləri 750 milyard dollar həcmində qiymətləndirilir. Ukrayna iqtisadiyyatı ağır günlərini yaşadığı bir vaxtda ölkənin ərazisi Rusiya silahlı qüvvələri tərəfindən raket və kamikad­ze dronlarının hücumuna məruz qalır. İyulun 6-na keçən gecə paytaxt Kiyev də daxil olmaqla ölkənin bütün ərazi­si üzrə hava həyəcanı siqnalı çalınıb. Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda raketlərdən birinin Lvovda yaşayış binasına düşdüyü, insanla­rın dağıntılar altında qaldığı bildirilib. Azı, 4 nəfərin öldüyü müəyyən edilib, 9 nəfər isə xəsarət alıb. Nazirliyin mə­lumatında deyilir: “Axtarış-xilasetmə əməliyyatı davam edir. Fövqəladə Hal­lar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfər təxliyə edilib. Xilasedicilər da­ğıntıların sökülməsini davam etdirirlər”.

Xersona hava hücumu zamanı isə 2 sakin həlak olub, çoxlu mülki şəxs yaralanıb.

P.ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya