Çin Fukusima suyunun buraxılmasına cavab olaraq Yaponiyadan gələn ərzaqları qadağan edib

post-img

Tokionun “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) çirklənmiş suyu dənizə tökmək planları fonunda Çin hakimiyyəti Yaponiyanın on prefekturasından məhsulların idxalını qadağan etmək qərarına gəlib. Bu barədə RİA Novosti Çinin əsas gömrük idarəsinə istinadən yazır.

Qeyd olunur ki, Çinə çirklənmiş yapon qidalarının idxalının qarşısını almaq və qida təhlükəsizliyini təmin etmək məqsədilə ölkə gömrüyü Yaponiyanın on prefekturasından, o cümlədən Fukusimadan malların idxalına qadağa qoyub. Departament əlavə edib ki, hazırda Yaponiyada çirklənmiş suyun axıdılması dünyanın diqqət mərkəzindədir.

Bununla belə, sənəddə qadağanın nə vaxt qüvvəyə minəcəyi göstərilmir.

Bundan əvvəl Fukusima AES-dən suyun axıdılmasında iqtisadiyyat üçün təhlükə aşkar edilmişdi. Bloomberg bildirib ki, Yaponiyanın bu qərarı dəniz məhsulları və kosmetika ixracını təhdid edir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya