Qoşulmama Hərəkatının nazirlər görüşü böyük beynəlxalq məclisdir

post-img

Bildiyiniz kimi, iki gün ərzində Bakıda Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən keçirilən son böyük tədbirdir. 

Bu sözləri jurnalistlərə açıqlama­sında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. 

O qeyd edib ki, tədbirin hazırlıq mərhələsi uzun müddət bundan əv­vəl başlamışdı. Bir neçə gün ərzində 120 ölkəyə aid böyük sənədlər pake­tinin hazırlanması mümkün deyildi. Nyu-Yorkda əlaqələndirici şəxslər, 120 ölkənin nümayəndələri tərəfindən mətn üzərində iki ay iş getmişdi. Sənədlərin 90 faizindən çoxu həmin müddətdə ha­zırlandı. Nazirlər iclasından iki gün əv­vələdək bu proses davam etdi”, – deyə nazir əlavə edib.

Ölkəmizin sədrliyi ilə bağlı bütün sənədlər paketinin tam razılaşdırıldı­ğını və Kampala sammiti üçün təqdim olunduğunu diqqətə çatdıran C.Bayra­mov deyib ki, əsas sənəd 1356 mad­dədən ibarətdir. Bundan başqa əlavə sənədlər qəbul olunub. 

“Xalq qəzeti”

Siyasət