Baş prokurorun Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşü

post-img

Dünən Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Baş prokuror Azərbaycanla TDT arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qardaş və dost türkdilli ölkələrin müxtəlif qurumları, o cüm­lədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib. O, iki il əvvəl Azər­baycan və Türkiyə prokurorluqlarının təşəbbüsü ilə Bakıda TDƏŞ-ə üzv döv­lətlərin Baş prokurorlarının ilk iclası və Baş prokurorlar Şurasının təsis edilmə­sinin əhəmiyyəti vurğulayıb. 

Baş katib Kubanıçbek Ömüralıyev yaradılmış platformanın TDT tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bil­dirərək türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafında, xüsusən də ci­nayətkarlığa qarşı mübarizədə təsis edil­miş Şuranın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

“Xalq qəzeti”

Son xəbərlər