Bayden Lyayenin NATO-ya rəhbər təyin olunmasında israr etmir

post-img

Vaşinqtonda Prezident Co Baydenin NATO-nun baş katibi vəzifəsinə Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni görmək istəməsi barədə məlumatları təkzib edirlər. Bu barədə “Times” qəzeti özünün mənbələrinə istinadən yazıb.

Məqalədə yüksək vəzifəli mənbələrə istinadən deyilir: “NATO-nun növbəti baş katibinin təyinatı məsələsi hələ açıq qalır. Bununla bağlı ABŞ Prezident Baydenin həmin postda Ursula fon der Lyayeni görmək istəməsi barədə məlumatları təkzib edir”.

Qeyd edək ki, bir qədər əvvəl "The Telegraph” özünün mənbələrinə istinadən belə bir məlumat yaymışdı ki, Bayden NATO-nun baş katibi postuna Ursula fon der Lyayenin təyin olunmasında israr edir. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya