“Google” şirkəti süni intellekt “Bard” üçün məxfilik siyasətini dəyişib. Son yeniləmələr göstərir ki, süni zəka ictimaiyyətə açıq olan istənilən məlumatdan istifadə edə biləcək.
Məlumatda bildirilir ki, “Google” onlayn ictimaiyyətə açıqlanan məlumatlardan və ya digər ictimai resurslardan istifadə edərək, “Bard” və “Cloud” süni intellekt modellərini inkişaf etdirəcək.
Qeyd edək ki, bu qərar məşhur süni intellekt “ChatGPT” çatbotunun tərtibatçısı “OpenAI”nin Kaliforniyada cəzalandırılmasından sonra verilib. İddia olunur ki, müəllif və məxfilik hüquqları pozularaq süni zəka üçün icazəsiz sosial media, bloqlar, Vikipediya və digər şəxsi məlumatlardan istifadə edilir.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”