İtaliya hakimiyyəti Aİ-nin tətbiq etdiyi sanksiyalarla əlaqədar rus və belarusların təxminən 2 milyard avro məbləğində hesablarını, daşınar və daşınmaz əmlakını və digər aktivlərini dondurub.
ANSA agentliyinin məlumatına görə, çərşənbə axşamı İtaliyanın Maliyyə İnformasiyaları İdarəsinin rəhbəri Enzo Serata belə hesablamalar aparıb.
“Bu ilin iyun ayının sonuna 80 subyektin adına 170 maliyyə əməliyyatı dondurulub. Dondurulmuş vəsaitlərin ümumi məbləği 330 milyon avrodan çoxdur”, - Serata xüsusilə qeyd edib.
"Xalq qəzeti"