Ukrayna hücum strategiyasında dəyişiklik etdiyini açıqlayıb

post-img

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov Ukrayna qoşunlarının hücum strategiyasında dəyişiklik edildiyini açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) irəliləməyə deyil, Rusiya qoşunlarının hərbi hissələrini, texnikasını, anbarlarını və komanda məntəqələrini məhv etməyə yönəlib.

"Bir nömrəli tapşırıq Rusiya ordusunun canlı qüvvəsini, texnikasını, yanacaq anbarlarını,  komanda məntəqələrini, artilleriya və hava hücumundan müdafiə qüvvələrini maksimum dərəcədə məhv etməkdir. Son günlər xüsusilə səmərəlidir. İndi məhvetmə müharibəsi kilometr uğrunda müharibəyə bərabərdir. Daha çox məhv edilib - daha çox azad olunub",-deyə Danilov vurğulayıb.

"Xalq qəzeti"

Dünya