Stoltenberqin səlahiyyət müddəti daha bir il uzadılıb

post-img

NATO-nin baş katibi Yens Stoltenberq təsdiq edib ki, alyans ölkələrinin liderləri onun vəzifədə qalma müddətini daha bir il – 2024-cü ilin oktyabrına qədər uzatmaq qərarına gəliblər. Məlumatı “İnterfaks.ru” verib. 

“Mənim üçün şərəfdir ki, NATO üzrə müttəfiqlər səlahiyyət müddətimi 1 oktyabr 2024-cü ilə qədər uzatmaq qərarı veriblər”, - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, keçən həftə “Associated Press” bu barədə ilkin razılaşma olduğu barədə yazmışdı. Daha əvvəl alyansın başçısı postuna namizədlərdən Danimarkanın baş naziri Mette Frederediksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uelles və İspaniyanın baş naziri Pedro Sançes alyansa üzv olan 31 ölkənin tam dəstəyini qazana bilməmişdilər. 

Stoltenberq NATO-nun baş katibi postunu 2014-cü ildən tutur. Onun səlahiyyət müddəti iki dəfə uzadılıb. 2022-ci ildə müddəti başa çatdıqda Ukrayna böhranı ilə əlaqədar daha bir il vəzifəsini icra edib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya