ABŞ RUSİYANIN NÜVƏ SİLAHINDAN İSTİFADƏ ETMƏYƏ HAZIRLAŞMASINI GÖRMÜR - BLİNKEN

post-img

Rusiya prezidenti Vladimir Putinin Moskvanın qonşu ölkədə taktiki nüvə silahı yerləşdirməsi ilə bağlı bəyanatı fonunda ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya və Belarusdakı vəziyyəti diqqətlə izləyir. CNN xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.

Putin bunu Sankt-Peterburqda keçirilən iqtisadi forum zamanı şərhlərində deyib. Daha əvvəl bu faktı Belarus prezidenti də təsdiqləyib. 

Blinken deyib ki, ABŞ-ın nüvə mövqeyini korrektə etmək üçün hələ heç bir səbəbi yoxdur və Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür.

Diplomat əlavə edib ki, ABŞ NATO ərazisinin “hər qarışını” müdafiə etməyə sadiqdir.

Bundan əvvəl Rusiya KİV-i ölkənin əsas istintaq orqanının Belarusda taktiki nüvə silahlarının tədarükü ilə bağlı ofis açması barədə məlumat yayıb. Putin həmçinin NATO-nu bir daha tənqid edib və Ukraynaya hərbi silahların tədarükü yolu ilə alyansın hərbi münaqişəyə “daha ​​çox cəlb olunması riskinin” olduğu barədə xəbərdarlıq edib.

Çexiya prezidenti Peter Pavel bildirib ki, NATO ölkələrindən hər hansı birinin ordusu Ukraynaya birbaşa yardıma qoşularsa, Rusiya Federasiyası nüvə silahından istifadəyə müraciət edə bilər.

S.ELAY,

"Xalq qəzet"

Dünya