ABŞ və Aİ Kosovonu Serbiya ilə münaqişədə geri çəkilməyə çağırır, əks halda, ciddi nəticələrlə üzləşəcəyini bildiriblər. Bu barədə “Reuters” agentliyi xəbər verib.
ABŞ-ın Qərbi Balkanlar üzrə nümayəndəsi Qabriel Eskobar bildirib ki, Kosovoda əksəriyyəti serblər yaşayan bələdiyyələrə daha çox muxtariyyət verilməlidir. Onun sözlərinə görə, Kosovo NATO və Aİ-yə daxil olmaq istəyirsə, bunu etməlidir.
"Görülən və ya görülməmiş tədbirlərin Kosovo ilə ABŞ arasındakı münasibətlərə təsir edəcək nəticələri ola bilər, mən təfərrüatlara varmaq istəmirəm", – o, deyib.
Qabriel Eskobar Kosovo hökumətinin baş naziri Albinin başqa hansı nəticələrlə qarşılaşa biləcəyi barədə məsələyə aydınlıq gətirməyib.
“Xalq qəzeti”

