Yəməndə münaqişə yenidən alovlanıb

post-img

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndə atəşkəs səyləri davam edərkən, hökumət qüvvələri ilə husi qiyamçıları arasında toqquşmalar yenidən alovlanıb. “Əl-Cəzirə” telekanalı bildirir ki, tərəflər arasında toqquşmalar xüsusilə Yəmənin Marib və Taiz bölgələrində baş verib.

Husilərə bağlı olan SABA xəbər agentliyi dünən hökumət qüvvələri ilə toqquş­malarda 2-si yüksək səviyyəli komandir olmaqla 11 silahlının həyatını itirdiyini bil­dirib. Sözügedən rəqəmin husilərin son bir ildə gündəlik olaraq açıqladığı ən çox ölüm sayı olduğu ifadə edilib.

Yəmən ordusunun Taizdəki qüvvələri isə cümə günü axşam saatlarında hərbi mövqelərə doğru hərəkət edən husilərə məxsus pilotsuz uçuş aparatının vuruldu­ğunu açıqlayıb.

Digər tərəfdən, BMT aylardır ki, ölkədə atəşkəs və sülh prosesinin əldə olun­ması üçün diplomatik səylər göstərir. BMT-nin xüsusi nümayəndəsi Hans Qrund­berq Yəməndə sülh prosesinin başlaması üçün ABŞ, Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, Oman və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və diplomatik təmas­lar qurub. Bütün bunlara baxmayaraq, Yeməndə toqquşmalar yenidən alovlanıb.

“Xalq qəzeti”

Dünya