Ukrayna SQ: Rusiya ordusunun 200 minə yaxın hərbçisi öldürülüb

post-img

Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının məlumatında bildirilir ki, Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 980 hərbçisi öldürülüb.

Ukrayna SQ-nin məlumatında o da qeyd olunur ki, müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3762 tank, 7 348 zirehli maşın, 2 732 operativ-taktiki PUA, 3150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 973 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 048 avtomobil və tanker, 410 xüsusi texnikadan ibarətdir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya