ABŞ tankları Ukraynaya payızda çatacaq

post-img

Pentaqonun mətbuat katibi Pət Rayder keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın Ukraynaya göndərəcəyi M1 “Abrams” tankları Almaniyaya çatdırılıb. Tankların 31 ədəd olduğu deyilir.

Pentaqonun mətbuat katibi tankların Almaniyanın Qrafenvör təlim bazasına çatdırıldığını, ukraynalı hərbçilər üçün təxminən 10 həftəlik intensiv təlim proqramına tezliklə başlanılacağını da bildirib. 

Tankların Ukraynanın tələblərinə uyğun modifikasiya edilərək bu ilin p ayızında Ukraynaya çatdırılması planlaşdırılır.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya