Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı ilə bağlı müzakirələr aparılıb

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində səfərdə olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanın katibliyinin QHT-lər üzrə departamentinin direktoru xanım Sofi Torelli ilə görüşüb.

Görüşdə Agentlik və BMT-nin Cenevrə Bölməsi arasında qurulacaq əməkdaşlığın perspektivləri, eyni zamanda, yerli QHT-lərin BMT-nin təsisatlarının və nizamnamə orqanlarının tədbirlərində iştirakı ilə bağlı müzakirələr aparılıb.

Sosial həyat