İsti havalarda necə sərinləyək?

post-img

Mütəxəssislər bildirirlər ki, istilik bədənin həddindən artıq su və duz itkisinə reaksiyasıdır, adətən, tərləmə ilə xaric olunur. İsti havalarda intensiv məşq etmək və digər fiziki hərəkətlər sonda ürək çatışmazlığına gətirib çıxarır.

Ürək çatışmazlığı­nın əlamətləri: yorğun­luq, başgicəllənmə, baş ağrısı, ümumi ağrı hissi, həddindən artıq tərləmə, dərinin solğun, nəmli və ya isti olma­sı, təngənəfəslik və ya sürətli ürək döyüntüsü, güclü susuzluq və zəif­likdir.

Bu simptomlara məhəl qoymamaq istilik insultuna səbəb ola bilər. Bu zaman gün ərzində bol su içmək və önəmli qidalar qəbul etmək lazımdır.

Dondurulmuş protein qəlyanaltıları bədəni sərinləşdirir və əzələlərin bərpasına kömək edir. Qarpızın tərkibi 92 faiz sudan ibarətdir, susuzlaşmanın qarşısını almaq üçün əla va­sitədir. Xiyar da yüksək su tərkibinə malikdir və isti havalarda bədəni nəmləndirmək və soyutmaq üçün əla seçimdir. 

Z.BAYRAM, “Xalq qəzeti”

Sosial həyat