“Günümüz gözəl keçsin...”

post-img

“Facebook”da bir ziyalı xanım, demək olar ki, hər səhər tezdən pozitiv ruhlu paylaşımlar edir və bu yolla dostlara, tanışlara, bütün insanlara qəlbindən dilinə ən xoş arzularını dilə gətirir. O, böyük ehtimalla öz müsbət enerjisini başqalarına ötürməklə özü də mənən paklaşır, zənginləşir. Dünənki paylaşımı da diqqətimi cəlb etdi. Orada yazılıb:

“Yenə yeni bir həftəyə, yeni bir günə, 

Sevinclərinə, ümidlərinə,

“yaxşı ki, sən varsan!”,

sözlərini ürəkdən deyənlərə 

hər şeyə, hər kəsə günaydın! 

Allahın mərhəməti böyükdür, 

Hər cür miskin pisliklərdən, 

Sağalmayan xəstəliklərdən, 

Yerdən, göydən, insanlardan 

gələn hər cür fəlakətlərdən 

Böyük Allah hifz eləsin bizi!

Gününüz gözəl keçsin.

PS. Bəlkə də ilhamlı bir şair bu fikirləri daha gözəl və rəvan şəkildə ifadə edərdi. Fikrimizcə, bu sözlər, hisslər də xeyirxah bir ürəkdən gəl­diyi üçün çox dəyərlidir. Yaxşı deyiblər ki, hər insan bir az da şairdir.

 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat