Çaplin: Aktyor olmasaydım, mütləq boksçu olardım

post-img

Dahi aktyor Çarli Çaplin idman azarkeşi olub. Ən sevimli idman növü isə boks idi. Yeri gəlmişkən, “Böyük şəhərin alovları” filmində baş rolu ifa edən xanım Virciniya Çerrillə boks nümayişində tanış olmuşdular. 

Çarli Çaplin so­laxay olub, hansı ki, skripkanı da sol əli ilə çalırdı. Boksda isə sol əli ilə rəqibinə “güclü zər­bələr” endirməyə cəhd edirdi. Çaplin deyirmiş ki, aktyor olmasaydım, mütləq boksçu olardım. 

Çarli Çaplin 16 aprel 1889-cu il Londonda doğulub, 25 dekabr 1977-ci il İsveçrənin Vevə şəhərində 88 yaşında dünyasını dəyi­şib. Dünya kinematoqrafıyasında Çaplin qədər uzun onillər boyu dəbdə olan şöhrətli ulduz olmayıb. 

Çaplin öz filmlərindən 10,5 milyon dollar qazanıb. Bu, o dövr üçün olduqca böyük vəsait idi.

Dünya