Kennedi hər səhər bir neçə qəzet oxuyarmış...

post-img

ABŞ-ın ən sevilən və xarizmatik prezidentlərindən olan Con Kennedi hər səhər azı 4 qəzet oxumağı planlaşdırardı. Qiraətə sərf edilən zaman isə 20 dəqiqədən çox olmamalı idi. O, çox sürətlə mütaliə edirdi. 35-ci Prezident bunu hələ uşaqlıq yaşlarında öyrənmişdi. Onun, həmçinin iti yaddaşı vardı. 

C.Kennedi jur­nalist peşəsini çox sevirdi. Bu sahədə nəzərəçarpan uğur­lar əldə etmişdi. O, həm də gözəl natiq olub. C.Kennedinin 1963-cü ildə Qərbi Berlində şəhər sakin­ləri qarşısında parlaq çıxışı dünya natiqlik sənətinin ən gözəl nü­munələrindən sayılır. 

Xatırladaq ki, C.Kennedi 1963-cü il noyabrın 22-də yerli vaxtla saat 12:30-da Dallasda qətlə yetirilib. İndiyə qədər “əsrin cinayəti” ilə bağlı çoxlu versiyalar və fikirlər gəzib-dolaşır. Ameri­kalıların 70 faizi C.Kennedinin qətli ilə əlaqədar rəsmi açıqlama­lara inanmır. 

“Xalq qəzeti”

Dünya