35 peşə üzrə 57 hazırlıq kursu təşkil edilib

post-img

Dövlət Məşğulluq Agentliyi bu ay 37 peşə üzrə 57 hazırlıq kursu təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, əmək bazarının aktual istiqamət­ləri üzrə təşkil edilən həmin kurslara 644 şəxs cəlb olunub. Onlardan 472 nəfəri üçün agentliyin Bakı, Gəncə və Göyçay peşə hazırlığı mərkəzlə­rində, 172 nəfəri üçün özəl tədris müəssisələrin­də peşə kursları təşkil edilib. 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təş­kil olunan kurslarda rəqəmsal media və marke­tinq mütəxəssisi, insan resursları mütəxəssisi, proqramla idarə olunan dəzgahların operatoru, təchizat üzrə agent, backend developer, elektron tibbi cihazların təmiri və xidməti elektromexaniki, elektrik qaz qaynaqçısı və digər peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəs­sisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

Qeyd edək ki, kursların sonunda məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək. Yeri gəlmiş­kən deyək ki, peşə hazırlığı müddətində müda­vimlərə minimum əməkhaqqı məbləğində aylıq təqaüd də verilir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat