Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup hesabat verib

post-img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən tədbirdə İşçi Qrupun əvvəlki iclasından ötən dövr ərzində həya­ta keçirilmiş tədbirlərə dair İşçi Qrupun Ka­tibliyinin hesabatı dinlənilib, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı qarşıya qoyulmuş tap­şırıqların icrası müzakirə olunub.

Eyni zamanda, Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti İdarəetmə və Qarabağ İqtisadi rayonunda Bərpa, Tikin­ti və İdarəetmə xidmətlərinin nümayəndələ­rinin “Yaşıl enerji zonası” konsepsiyasının tələblərinə uyğun olaraq həyata keçirilən tikinti-quruculuq işlərinə və reallaşdırılmış layihələrə dair məruzələri dinlənilib.

İclasda, həmçinin yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqinə əməl edilməsinin monitorinqi və digər cari məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, iclasda İşçi Qrupuna daxil olan dövlət qurumları ilə yanaşı, “Qa­rabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”, “Şərqi Zəngəzur İq­tisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin və Qarabağ Dirçəliş Fondunun nümayən­dələri də iştirak ediblər.

“Xalq qəzeti”

Sosial həyat