UNESCO-nun Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavabı

post-img

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.

Məlumatda bildirilir ki, Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş Mil­lətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indi­ki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndi­rilməsi üçün Ermənistana faktaraşdırıcı missi­yanın göndərilməsini xahiş etmişdi. 

Bu kontekstdə UNESCO İcmanın müra­ciətinə, nəhayət, rəsmi cavab verib. Təşki­latın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun manda­tına birbaşa aid olduğu vurğulanaraq və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə, məsələ ilə yaxından məşğul olun­duğu bildirilib. 

“Xalq qəzeti”

Siyasət