Azərbaycan–Rumıniya Hökumətlərarası Komissiyanın 7-cı iclası keçirilib

post-img

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiə­si naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşündə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğu­lanıb. Azərbaycanın Avropanın enerji təh­lükəsizliyində mühüm rolu qeyd olunub, müxtəlif sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Habelə iki ölkə arasında ticari, inves­tisiya və sosial əməkdaşlığın əhəmiyyəti qeyd edilib, nəqliyyat sahəsində layihələ­rin genişləndirilməsinin və birbaşa uçuşla­rın həyata keçirilməsinin ikitərəfli əlaqələ­rin inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. 

İclas çərçivəsində iki ölkənin sahibkar­larının iştirakı ilə Rumıniya–Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Azərbaycan tərəfindən 14, Rumıniya tərə­findən 25 qurum və şirkət iştirak edib. 

Çıxışlar zamanı ötən dövrdə Bakıda və Buxarestdə 5-dən çox biznes-forum və işgüzar görüşlərin keçirildiyi, həmin tədbirlərin, keçirilən təqdimatların Azər­baycan və Rumıniya iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin yaradılması və genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb.

“Xalq qəzeti”

Son xəbərlər