Çay nədir, say nədir ...

post-img

Sosial şəbəklərdə fəallığı ilə seçilən Pərvanə Kazımzadə adlı bir ziyalı xanım dünən özünün “Facebook” süfrələrimizn bəzəyi olan çayla bağlı maraqlı bir paylaşım edib. Orada yazılır: 

“Bu il mayın 21-i Beynəlxalq Çay Günüdür. Çay mənə çox əzizdir, çün­ki çay dostluqdur, sevgidir, doğmalıq­dır. Çay sevincdir, xatirədir...

Mənim üçün hər bir çay dəstga­hının özəl hekayəti var. Ömrüm boyu doğmalarım və dostlarım üçün böyük həvəslə çay dəmləmişəm. Heç vaxt usandım deməmişəm. Qazaxda, Gən­cədə, Qəbələdə, Astarada, yolüstü Kürdəmirdə dostlarla çay içmişik. 

Dünyanın ən ətirli çayı Lənkəran çayıdır. Bu, təkcə mənim qənaətim deyil. Azərbaycan çayının bütün çay­lardan dadlı olduğunu əcnəbi ölkələr­dən olan dostlarım da etiraf edirlər. 

Gəlin, çayımızı soyutmayaq. Necə deyərlər, çay nədir, say nədir...

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat