RedmiBook 14-ün ekranı da fərqlidir

post-img

Mediaya ötürülən xəbərlərə görə Redmi brendi 14 düym ekrana sahib RedmiBook noutbukunun yeni versiyasını təqdim edib. 

Bildirilir ki, RedmiBook 14 (2022)-dən fərqli olaraq RedmiBook 14 (2023) modeli sahib olduğu proses­sorla yanaşı, həmçinin professional ekranı ilə də fərqlənir. 

Beləliklə, sözügedən noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2, 8K keyfiyyətli 14 düym IPS ekran ilə təchiz olunub. Ekran sRGB rəng di­apazonunun 100 faizini əhatə edir və özündə Dolby Vision dəstəyini birləş­dirir.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

İKT