Şəhid ailələri və müharibə əlillərinə dövlət tərəfindən xüsusi diqqət göstərilir

post-img

Şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla layihələr icra olunur. Qazilərimizin sağlamlığının bərpasına xüsusi qayğı göstərilir. Bu qayğıdan, diqqətdən xəbərsiz olan, ya da bunu görmək istəməyənlər var ki, hazırladığımız "Yüksək ehtiram və qayğı" sənədli filmi ilə bir növ həmin insanlara da isbat etdik ki, əslində əsl vəziyyət necədir. 

Bunu "Xalq qəzeti"nə açıqlamasında jurnalist, "Yüksək ehtiram və qayğı" sənədli filminin bədii rəhbəri Kamal Hüseynli bildirdi. O qeyd etdi ki, hər kəs bu zümrədən olan vətəndaşlara xüsusi diqqətlə yanaşmalıdır. Çünki biz bu gün rahat nəfəs alırıqsa, varıqsa, bunu şəhidlərimizə, qazilərimizə borcluyuq. 

"Yüksək ehtiram və qayğı" sənədli filmi  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının təşkilatçılığı ilə ərsəyə gəlib. Filmdə müvafiq dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti haqqında söz açılıb. Ümid edirik ki, film izləyənlərin, xüsusən də şəhid ailələri və qazilərin zövqüncə olacaq", - deyə Kamal Hüseynli qeyd edib.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Sosial həyat