Gənclər üçün "Natiqlik - gözəl danışma sənəti" mövzusunda təlim

post-img

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının nəzdində fəaliyyət göstərən "Gənc diplomatlar" klubu və "Etika" akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Natiqlik - gözəl danışma sənəti" mövzusunda təlim baş tutub. 

Universitetdən "Xalq qəzeti"nə verilən məlumata görə, təlim "Etika" akademiyasının təsisçisi Günel İbrahim tərəfindən həyata keçirilib. 

Günel İbrahim bu cür təlimlərin keçirilməsinin gənclərin inkişafında olduqca mühüm rol oynadığını vurğulayıb. Təlim çərçivəsində gənclərin maraqla dinlədiyi xarizmatik nitq texnikası, akademik natiqlik, gözəl danışma sənəti və digər mövzulardan bəhs edilib.

Təlimin sonunda Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski çıxış edib. Çıxışında təlimin keçirilməsində yaratdığı şəraitə görə Azərbaycan Universitetinin rəhbərliyinə, olduqca maraqlı və faydalı təlimə görə "Etika" Akademiyasına və təşkilatçılığa görə "Gənc Diplomatlar" klubuna öz təşəkkürünü bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak ediblər.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"



Təhsil