“Təhsildə süni intellekt”

post-img

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə “Təhsildə süni intellekt” mövzusunda təqdimat keçirib. 

AzMİU-dan bildirilib ki, Sərxan Talıb­zadə təqdimatında süni intellektlə bağlı nəzəri və praktik tendensiyaları diqqətə çatdırıb. Süni intellektin imkanlarından istifadə edərək universitetdə bir sıra sahələr üzrə səmərəliləşdirmə yolları təklif edilib. Qeyd olunub ki, idarəet­mə, qərar qəbuletmə, planlaşdırma, plagiatlığa qarşı mübarizə və bu kimi məsələlər üzrə iş prosesinin effektivliyi­ni əhəmiyyətli dərəcədə artırmaq müm­kündür. 

Sərxan Talıbzadə iştirakçıların su­allarını cavablandırıb və toxunulan məsələlərlə bağlı lokal müzakirələr təş­kil olunub. Qeyd edilib ki, universitetdə süni intellektin imkanlarından effektiv yararlanmaq məqsədilə laboratoriyanın yaradılması və bu istiqamətdə tədqiqat­ların genişləndirilməsi vacibdir. 

 

M.QƏRİBOV, “Xalq qəzeti”

Sosial həyat