Maşında ürəyiniz bulanırsa...

post-img

Bəzi insanlar nəqliyyatdan istifadə edərkən, məsafənin yaxın-uzaq olmasından asılı olmayaraq, ürəkbulanma ilə qarşılaşır. Adətən, belə ürəkbulanmalara uşaqlar və yaşlı nəsil arasında, əsasən də, dəniz səyahəti zamanı təsadüf edilir. 

Nevropotoloqların fikrincə, belə ürəkbulanma kinetoz və ya hərəkət xəstəliyi adlanır. Lakin tibbi nöqteyi-nəzərdən bu, “yalançı” xəstəlikdir. “Ya­lançı xəstəlik” – orqanizmin xüsusi vəziyyətidir. Bu, görmə orqanlarından beyinə daxil olan siqnalların uyğunsuzluğu səbəbindən yaranır. 

Məsələn, bir şəxs telefona baxırsa və ya yaxınlaşan üfüq xəttini görmürsə, nəticədə, re­aksiyaların qarşıdurması yara­nır və həmin insanın vəziyyəti kəskin şəkildə pisləşir. Bu xəstəliyin müalicəsi yoxdur. Buna görə də ürək­bulanma ilə mübarizə üsulları fərdi se­çilməlidir. Lakin bəzi məsləhətlərə əməl etməklə vəziyyəti idarə etmək olar: 

Avtomobilin ağırlıq mərkəzinə yaxın oturmaq, güclü qoxulardan uzaq dur­maq, ətir vurmamaq, düz irəli baxmaq, başı sağa, sola və aşağı əyməmək, zəncəfilli su və ya limon istifadə etmək, kitab oxumamaq və telefona baxma­maqla ürəkbulanmanın qarşısını, az da olsa, almaq olar. 

Onu da qeyd edək ki, sürcünün arxasında oturanda ürəkbulanma baş vermir.

Sosial həyat