Boksçumuz dünya çempionatının finalında

post-img

Azərbaycan millisinin boksçusu Alfonso Dominqes (86 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb. 

Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) hər 3 raundda məğlub edib. Dünya çempionu­muzun final qarşılaşması mayın 14-ə təsadüf edəcək. 

Millinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) yarımfinalda həlledici görüşə vəsiqə uğrunda kubalı Fer­nando Lopes Arzola ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan boksçumuz bürünc medalla kifayətlənib.

İdman