Hindistanlı şahmatçı “Baku Open-2023”-ün qalibi olub

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalı başa çatıb. Şahmatçılarımız yarışın A, B və C qrupunda mübarizə aparıblar. 

Turnirin əsas yarışında təmsilçimiz Məhəmməd Muradlı son turda polşalı Aleksandar İndjicə uduzaraq 5-ci yerlə yerlə kifayətlənib. Digər şahmatçılarımızdan yalnız Aydın Süley­manlı və Nicat Abbasov ilk 10-da qərarlaşıblar. Əsas yarışın qalibi hindistanlı şahmatçı Leon Luke Mendonca olub. 

Təmsilçilərimizdən B qrupunda Eldar Musayev, C qrupun­da isə Şəmsi Qaraxanov birinci yeri tutublar. 

Qeyd edək ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı mü­barizə aparıb. Festivalın mükafat fondu 55 min ABŞ dollarıdır.

İdman