Süni intellekt məktubları cavablandırıb

post-img

Araşdırmalar göstərir ki, süni intellekt vasitələri işçilərin məhsuldarlığını və keyfiyyətini artırır. Hətta bir çox sahələrdə insanları əvəz edir. Artıq şirkətlərdə süni intellektdən istifadəyə geniş yer verilir. Belə şirkətlərdən biri də İngiltərənin enerji şirkəti “Octopus Energy”-dir. Belə ki, şirkətin CEO-su Qreg Cekson süni intellektin təkbaşına 250 əməkdaşın işini gördüyünü açıqlayıb. 

Şirkət süni intellektli texnologiyanı müxtəlif korporativ sistemlərə inteq­rasiya etmək üçün təcrübələr aparıb. Fevral ayından etibarən müştərilərin e-poçtlarına süni intellekt cavab ver­məyə başlayıb. Yeni texnologiya sayə­sində müştərilərin elektron məktubları­nın üçdə birindən çoxuna cavab verilib ki, bu da, təxminən, 250 nəfərin gördü­yü işə bərabərdir.

Diqqət çəkən məqam isə odur ki, müştərilər sualların canlı ekspertlərdən daha yaxşı cavablandırıldığını bildirib­lər. Belə ki, təlim keçmiş işçilər arasın­da müştəri məmnuniyyəti 65 faiz təşkil etsə də, süni intellektlə bu göstərici 80 faiz olub.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat