Zəlzələ yıxanı protez dikəldir

post-img

Türkiyənin Ədirnə vilayətində yerləşən Trakiya Universitetinin (TÜ) tələbələri fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ zamanı ağır xəsarətlər alanlar üçün protez ayaqlar düzəldiblər.

Sınaq üçün ilk protezdən zəlzələ­dən sonra sağ ayağını itirən 56 yaşlı Vilhel Yıldırım istifadə edib. O, pro­tezlə yeriməyi öyrənmək üçün daha iki ay xəstəxanada qalacaq. 

Sağlamlıq Xidmətləri Peşə Mək­təbinin direktoru dr. İrfan Coşqun zəlzələdən zərərçəkənlər üçün düzəldilən protez ayaqların Ədirnə Universitetinin ortopediya və protez laboratoriyasında hazırlandığını bil­dirib. 

Universitetin Ortopedik Protez və Ortopediya Proqramı üzrə müəllim Hayati Kaya isə protezin hazırlanma prosesini izah edərək bildirib ki, onun davamlı və yüngül olması üçün tərki­bində karbon və qətran olan məhsul­lardan istifadə olunur. Bu protez ayaq­lar istifadəçinin ehtiyaclarına uyğun olaraq xaricdən gətirilən mexanizm­lərlə təchiz edilir. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat