Hər şey qədərində gözəldir

post-img

Filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızı dünən özünün “Facebook” səhifəsində yeni bir maraqlı paylaşım edib: 

“Bir alimdən sormuşlar ki, zəhər nədir? Alim demişdir: “Ehtiyacınızdan artıq olan hər şey zəhərdir. Artıq dərə­cədə güc, dincəlmək, yemək-içmək, qorxu, sakitlik, hətta aşırı nifrət, sevgi, nəşə, ehtiras da zəhər olmaqla yanaşı, həddindən çox yaxşılıq özü də zərər­dir…” 

Bu məqamda dahi Nizaminin məş­hur misralarını xatırlamamaq olmur: 

 

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da…

 

Hörmətli Aynur xanımın bu payla­şımına bircə onu əlavə etmək istərdik ki, həqiqətən, dinimiz də, əxlaqımız da hər zaman artıq olan hər bir şeyin, xü­susilə tamah və israfın əleyhinə olmuş­dur. Atalarımız əbəs yerə deməyiblər ki, hər şey qədərində gözəldir! 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat