Nəsillərə örnək ömür yolu

post-img

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəi­si general–leytenant İlqar Musayev qeyd edib ki, ölkəmizdə rabitə və in­formasiya-kommunikasiya texnologi­yaları sahəsi daim ulu öndərin diqqət mərkəzində olub. Məhz müdrik şəx­siyyətin diqqət və qayğı nəticəsində bu sahədə də yüksək nailiyyətlər əldə edilib. 

İlqar Musayev Prezident, müzəf­fər Ali Baş Komandan İlham Əliyevin ümummilli liderin siyasətini uğurla da­vam və inkişaf etdirdiyini, həyata ke­çirdiyi müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermə­nistanın işğalı altındakı torpaqlarımızı azad edərək ata vəsiyyətini yerinə ye­tirdiyini diqqətə çatdırıb.

Sonra ulu öndərin Heydər Əliyevin hər kəsə örnək olan həyat və fəaliy­yətindən bəhs edən film nümayiş olu­nub.

Sosial həyat