DİN-də ulu öndərin xatirəsinə ehtiram

post-img

Mayın 6-da Daxili İşlər Nazirliyində ulu öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Daxili işlər naziri, general-polkov­nik Vilayət Eyvazov ulu öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulma­sında, onun müstəqilliyinin, iqtisadi-si­yasi əsaslarının möhkəmləndirilməsin­də, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, ümumən dövlətçilik tarixində müstəsna xidmətləri barədə ətraflı danışıb. Nazir ümummilli liderin daxili işlər orqanları­nın formalaşmasında və inkişafında ro­lunu, şəxsi heyətə diqqət və qayğısını xüsusi vurğulayıb.

Tədbir iştirakçıları qarşısında Azər­baycan Milli Elmlər Akademiyasının Ta­rix İnstitutunun şöbə müdiri, professor Ədalət Qasımov “Azərbaycan xalqının tarixi taleyində Heydər Əliyev fenome­ni” mövzusunda əhatəli çıxış edib.

Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən “Heydər Əliyev və 44 günlük Zəfər Yolu” sənədli filmi nümayiş olunub.

Azərbaycan Respublikası Prezi­dentinin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər nazirliyin Polis Akademiya­sında, Ali Hərbi Məktəbində, Əlahiddə Çevik Polis Alayında, Bakı Şəhər Baş Polis İdarəsində, ərazi polis orqanla­rında və hərbi hissələrində də keçirilib, həmçinin konfranslar, intellektual yarış­lar, idman turnirləri, müsabiqələr, ağa­cəkmə aksiyaları və sair təşkil edilib.

 

Q.QƏZƏNFƏR, “Xalq qəzeti”



Sosial həyat